15 Oktyabr 2020 12:25
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın oğlu Barron Tramp da COVID-19-a yoluxub.

Teleqraf.com xəbər verir ki, bunu Donald Trampın həyat yoldaşı Melaniya Tramp açıqlayıb.

First ledi Ağ Evin internet saytına yazdığı məqalədə ailəsinin COVID-19 tarixçəsini izah edib. Meleniya özünün və əri Donald Trampın testləri müsbət çıxandan sonra ağla ilk gələn şəxsin oğulları Barron olduğunu deyib: “Barronun ilk test sınağı mənfi çıxdı. Növbəti testdə virus aşkarlandı. Çox şanslıydıq ki, Barron güclü bir gəncdir və heç bir simptom göstərmədi.

Üçümüzün bu prosesi birlikdə keçdiyinə sevindim. Bir-birimizə diqqət elədik və birlikdə vaxt keçirdik. Artıq Barronun testinin nəticələri mənfidir".

Melaniya Tramp özündə öskürək, əzələ və baş ağrısı əlamətlərinin olduğunu da qeyd edib. O, daha çox vitamin və sağlam qidalanmaya üstünlük verdiyini deyib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər