15 Oktyabr 2020 13:45
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya miqyasında COVID-19-un ikinci dalğasında ölüm sayının qəfil artmasından narahatdır.

Teleqraf.com xəbər verir ki, təşkilat reanimasiya şöbələrində xəstə sayının artmasına və son həftələrdə ölüm faktının yoluxmanı keçdiyinə diqqət çəkib.

Dünyada indiyə qədər COVID-19-a yoluxmuş 38 milyondan çox insandan 1,1 milyonu ölüb.

ÜST peyvənd mövzusunda da mənfi rəy açıqlayıb. Qlobal səylərə baxmayaraq, kollektiv peyvəndləməyə başlamağın çox uzun vaxt alacağı bildirilir.

ÜST səlahiyyətliləri əvvəlcə hansı seqmentlərin peyvənd olunacağını böyük problem sayır. İlin sonunda peyvənd tapılarsa, sağlam bir gəncə 1 ildən sonra növbə çatacağı ehtimal olunur. Yəni, sağlam insan peyvəndi 2022-ci ilə qədər gözləməli olacaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər