15 Oktyabr 2020 15:47
3 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin “France 24” telekanalına müsahibəsində fransız jurnalistin sualına verdiyi cavab Türkiyədə maraqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, qardaş ölkənin media qurumları Azərbaycan liderinin müsahibəsinə geniş yer ayırıb.

“France 24” kanalına danışan Azərbaycan Prezidenti İlham Əliyev müsahibədə türk dronlarının əməliyyatlarda işğalçı erməni qüvvələrinə böyük zərər verdiyini bildirib.

Prezidentin fransız jurnalistin türk dronlarının sayı ilə bağlı sualına gülərək cavab verib.

“Fransız jurnalistin “Neçə dənə türk dronunuz var?” sualına gülərək. “Kifayət qədər var” cavabını verən, Əliyev say barədə rəqəm açıqlamağın təhlükəsizlik baxımından doğru olmadığını vurğulayıb”, - türk mediası yazır.

Ölkə başçısının cavabı sosial şəbəkələrin Türkiyə və Azərbaycan seqmentində ən çox paylaşılan görüntülərdən biri olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər