15 Oktyabr 2020 17:05
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oksford Universitetinin alimləri koronavirusu 5 dəqiqədən az müddətdə aşkar edən test hazırlayıblar.

Teleqraf.com xəbər verir ki, hava limanlarında və iş yerlərində kütləvi test zamanı istifadə edilə bilən cihazın istehsalına 2021-ci ilin əvvəllərində başlanacaq.

Araşdırmaya görə, cihaz yüksək dəqiqlik dərəcəsi ilə koronavirusu digər viruslardan ayırd edərək aşkarlaya biləcək.

Bu testlərin qış fəslində pandemiya ilə mübarizədə tətbiq olunacağı bildirilir.

Səhiyyə işçiləri peyvənd hazırlansa belə, dünyanın COVID-19-la daha uzun müddət yaşamalı olacağını iddia edirlər.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər