Liviyada zülm var. Suriya ilə 910 kilometr sərhədimiz boyunca zülm var. Nə edək? Səssiz qalaq?
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti 2020-2021-ci tədris ilinin açılışı münasibətilə Beştəpədə keçirilən mərasimdə daha sonra deyib:
“Somalidə zülm var. Seyr edəkmi? Azərbaycanda ermənilərin zülmü var. Onlar bizim qardaşlarımızdır. Seyr edəkmi? Biz dayana bilmərik. Tarix boyu əcdadlarımızın bizə qoyub getmiş olduğu bir məsuliyyət var. Biz dayanmarıq və orada da tapşırığı yerinə yetirməyə çalışırıq”.