16 Oktyabr 2020 17:49
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İslamofob qüvvələrlə yanaşı Türkiyənin gücündən narahat olan dairələr var, çünki bugünkü Ərdoğan Türkiyəsi 20 il öncəki Türkiyə deyil. Biz də bunu bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilir”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi zamanı bildirib.

“Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kim Türkiyəyə nəyisə diktə edə bilməz. Nəyəsə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını layiqincə dünyada müdafiə edir. Öz təhlükəsizliyini bildiyi kimi təmin edir. Beynəlxalq ictimaiyyətdə söz sahibidir. Bölgədə Türkiyənin iştirakı, razılığı olmadan heç bir məsələ həll oluna bilməz: Suriya, Liviya, Aralıq dəniz... Bunlar onu göstərdi. Ona görə Türkiyənin gücünü istəməyən və bundan narahat olan qüvvələrdir bunlar. Türk dünyası üçün Türkiyə böyük bir gücdür və bizi gücləndirir. Türkiyə-Azərbaycan birliyi bölgə üçün sabitlik gətirir. Əgər Türkiyədən qarşıdurmanın ilk saatlarında konkret mesajlar gəlməsəydi, bəlkə də, başqaları bu işlərə qarışa bilərdi. Türkiyənin bu mesajları hər kəsə “dayan”, “Azərbaycan yalnız deyil”, “Türkiyə sonacan Azərbaycanın yanındadır” dedi. Əlbəttə ki, Azərbaycan-Türkiyə birliyi çox ciddi geosiyasi faktora çevrilib. Bizim birliyimiz hər hansısa ölkənin maraqlarına qarşı deyil. Biz sadəcə öz maraqlarımızı müdafiə etməliyik, öz yolumuzu davam etdiririk, heç kimsə bizim işimizə qarışmasın, heç kim bizim daxili məsələlərimizə burnunu soxmasın – biz bunu istəyirik”, - dövlət başçısı qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər