Son günlər bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən Инфотека24 və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı qanunsuz davranışlarını, o cümlədən guya azərbaycanlı həkimlərin yaralılara qarşı laqeyd münasibət göstərmələrini əks etdirən videogörüntülər yayılıb.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, erməni əsirlərinə qarşı qanunsuz davranışlarla bağlı yayılmış videolarla əlaqədar araşdırma aparılararaq onların saxta olması müəyyən edilib:
Bildiririk ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu tipli videolar təxribat xarakteri daşıyır.
Videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə, o cümlədən cəmiyyətimizə heç bir aidiyyəti yoxdur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən vətəndaşlarımızdan dövlətimiz üçün həssas və şanlı olan bu dövrdə ayıq-sayıq olmaqla təxribat xarakterli yayılmış videoların ictimailəşdirilməməsi, o cümlədən mobil tətbiqlər vasitəsilə yaymamaq xahiş olunur".