Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi ağır hərbi cinayət bütün dünya ölkələri, xalqları tərəfindən nifrətlə, qəzəblə qarşılanıb.
Teleqraf.com xəbər verir ki, bu terror aktı ilə bağlı müxtəlif video-çarxlar hazırlanır, məlumatlar paylaşılır. Bu video-çarxlardan birini təqdim edirik.
Qeyd edək ki, oktyabrın 11-də Ermənistan ordusu Gəncə şəhərinin mərkəzində çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub. Nəticədə 10 dinc sakin həlak olub, 30-dan artıq şəxs yaralanıb.