17 Oktyabr 2020 20:22
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hərbi qüvvələrinin Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması dünya ictimaiyyətini narahat edir və ölkəmizin dostlarının hiddətinə səbəb olur.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a bildirilib ki, Latviya Respublikası Seyminin Azərbaycanla əməkdaşlıq üzrə dostluq qrupunun sədri Romans Naudinş Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinə məktub ünvanlayıb. Həmin məktubda Gəncə şəhərinin raket atəşinə tutulması beynəlxalq hüququn kobud şəkildə pozulması və terror aktı qəti şəkildə pislənilir.

Qeyd edilir ki, dünya birliyi və beynəlxalq təşkilatlar dinc əhaliyə qarşı yönəlmiş bu cür zorakılığı qınamalıdır. Bu akt atəşkəs haqqında əldə edilmiş razılaşmadan sonra baş verib. Buna görə də bu hadisə ilə bağlı beynəlxalq səviyyədə istintaq tədbirləri aparılmalı və buna cavabdeh olan, yaşayış məntəqələrinin atəşə tutulması barədə əmr verən şəxslər müəyyən edilməlidir.


Müəllif: Teleqraf.com