18 Oktyabr 2020 15:07
2 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Baş naziri İmran Xan ərazi bütövlüyünün qorunması məsələsində Azərbaycana dəstəyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş nazir “Twitter” səhifəsində paylaşım edib.

"Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkələrinin ərazi bütövlüyünü şücaətlə qoruyan Azərbaycan silahlı qüvvələrinə ehtiramımızı ifadə edirik. Pakistan Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsini həll etmək səylərini dəstəkləyir".

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər