19 Oktyabr 2020 13:46
1 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın Baş naziri Aleksander De Kroo ölkədə koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyətin mart ayındakından daha pis olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, baş nazir bunu “RTL” telekanalına verdiyi müsahibə zamanı bildirib.

“Vəziyyət ümumi şəkildə özünütəcrid qərarı verdiyimiz 18 mart tarixindən daha pisdir. İndi Belçika xəstəxanalarının reanimasiya şöbələrində intensiv müalicə görən xəstələrin sayı mart ayında olduğundan üç dəfə çoxdur”, – deyə Belçika hökümətinin başçısı qeyd edib.

Bununla yanaşı, o, vəziyyətin daha da pisləşəcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki,oktyabrın 19-dan etibarən Belçikada koronavirusun yayılması ilə əlaqədar komendant saatı tətbiq edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər