Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun bu gün azad olunan Vəng kəndinin adının dəyişdirilməsi barədə qərar verib.
Teleqraf.com-un məlumatına görə, ölkə başçısı xalqa müraciətində Vəng kəndinin adının dəyişdirildiyini bəyan edib.
"Vəng kəndinə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!"