20 Oktyabr 2020 23:25
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 18-də Güney Azərbaycanda keçirilmiş aksiyalarda azı 10 qadın milli-mədənli fəal İranın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Ermənistanla sərhəddə yerləşən Nurduz gömrük məntəqəsinin bağlanılması və Azərbaycan ordusuna dəstək məqsədilə keçirilmiş etirazlarda tutulan xanım fəallar saxlanılan zaman döyülüblər.

Hadisə şahidlərinin sözlərinə görə, qadınlara övladlarının gözləri qarşısında fiziki zorakılığa məruz qalaraq, istintaq təcridxanalarına aparılıblar. Həmin fəallardan biri Sara Turidir.

Hələlik digərlərinin kimliyi məlum deyil.

Turinin yaxınları fəalın İranın Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təcridxanasında saxlanıldığını açıqlayıblar. Digər fəalların harada saxlanıldığı bilinmir.

İranda yaşayan soydaşlarımızın Qarabağa dəstək aksiyası davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər