21 Oktyabr 2020 00:38
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktybarın 20-də Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin Misirin nüfuzlu “Əl-Dustur” qəzetində (həm çap, həm də elektron qəzetdə) bir səhifəlik eksklüziv müsahibəsi dərc olunub. (https://www.dostor.org/3231967).

Bu barədə Teleqraf.com-a Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfir Tural Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq, 20 faiz torpaqlarımızın Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunduğunu, işğal nəticəsində bir milyondan çox insanın qaçqın və köçkün vəziyyətinə düşdüyünü, işğal olunmuş ərazilərdə mülki obyektlərin, tarixi, dini, mədəni abidələrin məhv edildiyini, dağıdılmış məscidlərdə heyvanların və dozunların saxlandığını vurğulayıb.

Müsahibəsində Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlarımızdan dərhal, qeyd-şərtsiz çıxarılmısını tələb edən beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara toxunan səfir T.Rzayev, ATƏT-in Minsk qrupunun otuz ilə yaxın davam edən sülh danışıqlarındakı vasitəçiliyinin Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyi səbəbilə nəticə vermədiyini, Ermənistanın münaqişə ilə bağlı status-kvonu saxlamağa yönəlmiş siyasət yürütdüyünü, işğal olunmuş ərazilərə digər ölkələrdən erməniləri köçürərək, qeyri-qanuni məskunlaşdırma siyasəti apardığını diqqətə çatdırıb.

Ermənistan tərəfinin mütəmadi şəkildə atəşkəsi pozduğunu qeyd edən səfir son aylar ərzində işğalçı ölkənin intensiv xarakter daşıyan hərbi təxribatlarına toxunmuş, bununla bağlı Azərbaycan tərəfinin etdiyi xəbərdarlıqlarına məhəl qoymaraq, cari ilin 27 sentyabr tarixində yenidən hərbi təxribata əl ataraq, mülki vətəndaşlarımızı və obyektlərimizi hədəf aldığını bildirib. Səfir Ermənistan ərazisindən təmas xəttinə yaxın olan şəhər və kəndlərə, həmçinin təmas xəttindən uzaq olan və Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncə şəhərinə bir neçə dəfə gecə radələrində Ermənistan silahlı qüvvələri tərəfindən raket artilleriyasından açılan atəşlər nəticəsində aralarında uşaqlar olmaqla onlarla adamın şəhid edildiyini, çox sayda vətəndaşlarımızın yaralandığını, mülki obyektlərin isə məhv edildiyini diqqətə çatdırıb.

Azərbaycanın silahlı qüvvələrinin haqlı olaraq, işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinə qarşı əks hücuma keçdiyini qeyd edən səfir ordumuzun ancaq işğal olunmuş ərazilərdə Ermənistana məxsus hərbi obyektlərini məhv etdiyini, dinc erməni əhalisini hədəf almadığını bildirmiş və son günlər ərzində işğal olunmuş ərazilərin bir hissəsini düşmən tapdağından azad etdiyini və döyüşlərin hələ də davam etdiyini nəzərə çatdırıb.

Səfir bəzi mətbuat orqanlarında yayılan dezinformasiyalara da aydınlıq gətirərək, Azərbaycanın güclü ordusu olduğunu və bu ordunun ən müasir silahlarla təchiz olunduğunu, ona görə də hər hansı ölkənin hərbi dəstəyinə və ya muzdlu döyüşçülərə ehtiyac görmədiyini xüsusi olaraq, vurğulayıb.

Müsahibənin sonunda səfir T.Rzayev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı dəstəkləyən dövlətlərə təşəkkürünü bildirib.

Həmçinin, qeyd etmək istərdik ki, cari ilin 27 sentyabr tarixindən 20 oktyabr tarixinədək AR-ın Misirdəki Səfirliyinin dəstəyi ilə Misirin müxtəlif kütləvi informasiya vasitələrində yayılan xəbərlər, məqalələr, müsahibələr və təhlillərin sayi 300-ü (üç yüzü) keçib (linklər əlavə olunur).

Bu xəbərlər silsiləsinə Ermənistan-Azərbaycan sərhədində, işğal olunmuş torpaqlarda baş verən erməni təxribatlarına və hücumlarına dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciəti, xarici televiziya kanallarına verdiyi müsahibələr, tvitlər, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın erməni yalanlarını ifşa etməklə bağlı yaydığı tvitlər, eyni zamanda Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazovun açıqlamaları və tvitlər, həmçinin AR XİN-nin və Səfirliyimizin bəyanatları, İnsan Hüquqları üzrə Müvəkkilinin hesabatı, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq Fakültəsinin alimlərinin, Azərbaycan İlahiyyat İnstitutunun doktor və professor heyətinin məqalələri, Azərbaycanın haqlı mövqeyi dəstəkləyən beynəlxalq təşkilatların verdiyi bəyanatlar (İƏT, QH), o cümlədən misirli jurnalistlərin təhlilləri, habelə Gəncə hadisələri, azad olunmuş torpaqlarımızla bağlı çıxan rəsmi xəbərlər, erməni yalanlarını ifşa edən xəbərlər və sairlər daxildir.

Qeyd etmək istərdik ki, cari ilin 27 sentyabr tarixindən davam edən vəziyyətlə əlaqədar AR-ın Misirdəki səfiri Tural Rzayev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Milli təhlükəsizlik məsələləri üzrə Baş müşaviri xanım Fayzə Əbunəca, MƏR XİN-nin müavini, Avropa məsələləri üzrə idarənin rəsi, səfir Bədr Əbdülati və MƏR XİN-nin müavini, Çoxtərəfli və Beynəlxalq təhlükəsizlik məsələləri üzrə idarənin rəisi, səfir İhab Fovzi, Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbülğeyt, MƏR Parlamentinin sədrinin birinci müavini Seyyid Şərif, Misir Parlamentin Dini məsələlər və Vəqflər üzrə komissiyasının sədri, Misir-Azərbaycan, Parlamentlərarası Dostluq Qrupunun sədri Usama Əl-Əbd, Sudan XİN nümayəndələri, Misirdə akkretidə olmuş Qazaxstan, Özbəkistan, Tacikstan, Sudan, Bolqariya və Türkiyə səfirlləri ilə görüşmüş və onların diqqətinə cari ilin 27 sentyabr tarixindən etibarən davam edən müharibə haqqında, o cümlədən Gəncə hadisələri barədə məlumatları çatdırıb.

Cari ilin 20 oktyabr tarixində Misirin “Qahirə Strateji Araşdırmalar Mərkəzi”ndə Misirin ictimai-siyasi xadimlərinin (səfirlər, qəzet redaktorları və beyin mərkəzinin nümayəndələrinin) iştirakı ilə dəyirmi masa keçirilmiş və cari ilin 27 sentyabr tarixindən Ermənistan ilə Azərbaycan arasında baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılmış və Azərbaycanın haqlı mövqeyi iştirakçıların diqqətinə çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər