22 Oktyabr 2020 22:23
9 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran dövlət televiziyası “Press TV” Türkiyə haqqında yayımlanan bir xəbərdə Türkiyəyə iftira atılaraq, Prezident Ərdoğan “sultan” adlandırılıb.

Teleqraf.com xəbər verir ki, sözügedən xəbərdə işğalçı Ermənistanın tezisləri müdafiə olunub.

Fərqli dillərdə yayımlanan “Press TV” Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alıb.

“İdlibdən Qarabağa: “Sultan”ın xəyalları fiaskoya uğrayır” başlıqlı bir xəbərdə Türkiyənin Suriyadakı bəzi bazalarından geri çəkiləcəyi iddia edilib və “Türkiyəyə terrorçu daşıyırlar” iftirası atılıb.

Xəbərdə Ermənistan Baş naziri Nikol Paşinyan və Prezident Armen Sərkisyanın “Qarabağa cihadçılar göndərilir” absurd iddiasına səssiz bir dəstək verilib.

Əlavə edək ki, bu, İran mediasının sentyabrın 27-dən Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayandan bəri Azərbaycan və Türkiyəni birinci dəfə hədəf alması deyil. Bir neçə gün əvvəl Güney Azərbaycanda İran üzərindən işğalçı Ermənistana gizli şəkildə silah daşınmasına etiraz olaraq, kütləvi aksiyalar başlayıb. Etirazçılar hökumətdən Ermənistanla gömrük-keçid məntəqəsinin bağlanmasını tələb edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər