23 Oktyabr 2020 17:00
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan QHT-ləri Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə muzdlu döyüşçülərin gətirilməsi haqqında BMT-nin İnsan Hüquqları Şurasının prezidenti, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Prezidenti, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliyi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisi, İnsan hüquqlarını pozma və xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə mane olmaq məqsədilə muzdlulardan istifadə məsələləri üzrə İşçi Qrupunun sədri, Terrora qarşı mübarizə zamanı insan hüquqlarının təşviqi və qorunması üzrə BMT-nin Xüsusi Məruzəçisinə müraciət ünvanlayıb.

Teleqraf.com müraciətin mətnini təqdim edir:

“Hörmətli xanımlar və cənablar!

Biz böyük narahatçılıq hissi ilə bildiririk ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun araşdırmaları zamanı son günlərdə Ermənistanın müxtəlif terror təşkilatlarının üzvlərini, o cümlədən xarici ölkə vətəndaşlarını muzdlu döyüşçü qismində Azərbaycanın işğal olunmuş ərazilərinə gətirərək ölkəmizə qarşı istifadə etməsi faktı təsbit olunub.

Belə ki, hərbi əməliyyatlar zamanı zərərsizləşdirilmiş döyüşçülər arasında çoxlu sayda Suriya, Livan, ABŞ, Kanada, Yunanıstan və Fransadan gələn muzdlular müəyyən edilmiş və onların Ermənistan tərəfindən münaqişə bölgəsinə gətirilməsi haqqında sübut və dəlillər aşkarlanmışdır. Bundan başqa Ermənistanın təşəbbüsü ilə PKK terror təşkilatının işğal olunmuş Azərbaycan torpaqlarında hərbi bazalar qurması və Azərbaycana qarşı vuruşması ilə bağlı əsaslı məlumatlar mövcuddur.

Bildiyimiz ki, muzdlu anlayışı 1949-cu il Beynəlxalq Silahlı Münaqişələrdə Qurbanların Müdafiəsi haqqında I Cenevrə Konvensiyasının I Əlavə Protokolun (1977) 47-ci maddəsində əksini tapıb. Həmin maddəyə əsasən muzdlunun kombatant və ya hərbi əsir statusu almaq hüququ yoxdur. Yəni muzdluların hərbi münaqişədə iştirakı beynəlxalq humanitar hüquqa ziddir.

BMT Baş Məclisinin 44-cü sessiyasında 4 dekabr 1989-cu il tarixli qətnamə (44/34) ilə qəbul edilmiş “Muzdlunun cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təlimi ilə mübarizə haqqında” Beynəlxalq Konvensiya" muzdluluqla mübarizədə əsas hüquqi alət olaraq muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, onlardan istifadə edilməsi və onlara təlim keçirilməsini cinayət hesab edir. Göründüyü kimi, muzdlular beynəlxalq hüquq normalarına görə cinayətkar kimi tanınır və məhkəmə qarşısından beynəlxalq cinayətkar qismində cavab verməlidirlər. Muzdluluğa münasibətdə "aut dedere aut judiciare” (mühakimə öhdəliyi) prinsipinə müvafiq olaraq universal yurisdiksiya müəyyən edilib.

Ermənistan hazırda Azərbaycana qarşı muzdlu döyüşçüləri aktiv cəlb etməklə növbəti dəfə beynəlxalq hüququn normalarını kobud şəkildə pozmaqdadır. Azərbaycanın QHT-ləri olaraq sizə müraciət edir və sizdən Ermənistanın muzdluları munaqişəyə cəlb etməklə beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozması faktını qəti şəkildə pisləməyə və bunun qarşısını almaq üçün müvafiq addımlar atmağa çağırırıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər