Ermənistan tərəfinin Azərbaycan Ordusunun Xankəndi və Xocavənd rayonlarını guya artilleriya atəşinə tutması barədə yaydığı məlumat həqiqəti əks etdirmir və yalandır.
Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildilir.
"Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə tam əməl edir", deyə məlumatda qeyd olunur.