26 Oktyabr 2020 00:39
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Ermənistan tərəfindən raket atəşlərinə məruz qalan Azərbaycanın ikinci böyük şəhəri Gəncə sakinlərinə humanitar və tibbi yardım edib.

Teleqraf.com xəbər verir ki, İsrail Gəncəyə isidicilər, isti paltarlar, ədyal, dərman və ilk yardım əşyaları göndərib.

Bundan əlavə, 24 oktyabr tarixində İsrailin tibbi ləvazimatlar yardımının ikinci partiyası Gəncəyə çatdırılıb. Bildirilir ki, ehtiyac olduğu halda İsrail tibbi avadanlıqlar da göndərməyə hazırdır.

Qeyd edilir ki, oktyabrın 23-də Yəhudi dövlətinin Azərbaycandakı səfiri Corc Dik Gəncəyə səfər edib.


Müəllif: Teleqraf.com