27 Oktyabr 2020 15:26
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan və onların havadarları uzun illər Qarabağda elədiklərini, eləcə də işğal faktını, torpaq ilhaqını dünyaya "müsəlman-xristian" davası kimi göstərməyə çalışır. Çünki bu təqdimatdan dividetlər qazanırlar, halbuki işğal faktının, erməni xislətinin dinlə heç bir əlaqəsi belə yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, düşmən ölkə belə təqdim etsə də, biz o tələyə düşməməliyik:

“Bəzi KİV-lərdə, sosial şəbəklərdə Ermənistanın bu tezisini təsdiqləyən şərhlər, çıxışlar, statuslar olur. Azərbaycan müsəlman dövləti deyil, müsəlmanların, xristianların, yəhudilərin, hətta ateistlərin də qardaşcasına yaşadığı sekulyar, dünyəvi dövlətdir. Hər bir şəxsin inancını özgürcə yaşqmaq haqqı var - Azərbaycan məhz belə dövlət olmağın yolu ilə getməli, inanclı insanların öz inanclarını doya-doya yaşadığı məmləkət olmalıdır.

Ermənistan torpaqları işğal edib, etnik təmizləmə aparıb, bu, beynəlxalq hüquqa, bütün dinlərin dəyərlərinə zidd addımdır. İşğalın dini olmur. Dinimiz, inancımız, İslam dininin fəlsəfəsi məhz belə buyurur. Ona görə də Ermənistanın və onları dəstəkləyənlərin tezisini gücləndirəcək heç bir addım atmamalıyıq.

Dinimizi, içimizdəki Allah sevgisini də qəlbimizdə daşımalıyıq. Allah bütün millətlərdən və dinlərdən olan əsgərimizi və Ordumuzu qorusun!”


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər