“Bu gün düşmənin Bərdəni “Smerç” tipli raketlə atəşə tutması nəticəsində xeyli ölən və yaralananlar var”.
Teleqraf.com-un məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
A. Eyvazov deyib ki, ötən müddət ərzində humanitar atəş rejimini pozan düşmən Berd, Vardenis, Gorus rayonları ərazisindən ərazilərimizi “Smerç” və “Qrad”lardan, artilleriyadan atəşə tutub: “Ötən müddət ərzində işğal altındakı daha 13 kənd işğaldan azad edilib. Düşmən bilməlidir ki, Azərbaycanda dövlət-xalq-Ordu birliyi sarsılmazdır, heç bir təxribat qələbə əzmimizə mane ola bilməz. Humanitar atəşkəs rejimini kobudcasına pozaraq, şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib. Qələbə bizimlədir!”