Tam əminliklə deyə bilərəm ki, Azərbaycan hər dəfə döyüşlərdə uğurlar əldə etdikcə, Ermənistan hakimiyyəti bizim dinc insanlara qarşı terror törətməyi əmr edir.
Bunu Bərdədə olan Baş Prokuror Kamran Əliyev deyib.
Onun sözlərinə görə, bu günə kimi dünyada heç bir belə əməl cavabsız qalmayıb:
"Ermənistanın bu cür əməllərinə qarşı cavab veriləcək və onlar gec-tez məsuliyyətə cəlb ediləcəklər".
K.Əliyev onu da əlavə edib ki, hazırda Bərdədə prokurorluq əməkdaşları işləyirlər. Bütün faktlar toplanır.