29 Oktyabr 2020 12:10
2 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Cenevrədə ATƏT-in Minsk Qrupunun iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin planlaşdırılan görüşü oktyabrın 30-na keçirilib.

Teleqraf.com bildirir ki, “RİA Novosti” agentliyi bu barədə diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi də təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, bu gün Cenevrədə keçirilməsi planlaşdırılan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla ATƏT-in Minsk qrupunun həmsədrləri arasındakı görüş sabaha (oktyabrın 30-na) təxirə salınıb.

Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupu həmsədrlərindən yeni görüş vaxtının təsdiqləməsini gözləyir.


Müəllif: Cavad

Oxşar xəbərlər