"İlin sonuna qədər kütləvi peyvəndə başlayacağımıza ümid edirik".
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Vladimir Putin 1 milyon 581 min 693 nəfərin virusa yoluxmasına baxmayaraq, ölkə daxilində karantin və qapanmanın gündəmdə olmadığını bildirib:
“Rusiyada istehsal olunan “Sputnik V” və “EpiVacCorona” adlı peyvəndlər yaxşı təsirə malikdir. Peyvənd yarışının önündə olduğu göstərilən İngiltərədəki araşdırmalarda problemlər var. Ancaq biz ilin sonunda peyvəndlərin kütləvi tətbiqinə başlayacağımıza ümid edirik”.
Rusiya lideri xaricə göndərmək üçün peyvənd istehsal etməyə hazır olduqlarını da vurğulayıb.