30 Oktyabr 2020 14:45
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Amnesti İnternəşnl”ın üzvlərini Azərbaycana dəvət etmişik.

Teleqraf.com xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə, Bərdə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair keçirilən brifinq zamanı deyib.

Onun sözlərinə görə, sözügedən təşkilatın yaydığı bəyanatda erməni tərəfinin kasset bombalardan istifadə etməsi təsdiq olunub:

“Azərbaycan beynəlxalq təşkilat və dövlətlərə açıqdır. “Amnesti İnternəşnl” nümayəndələri Azərbaycana gəldikdə Baş Prokurorluq onları bütün faktlarla tanış edəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər