30 Oktyabr 2020 23:42
2 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədov müsəlmanları təhqir edən Fransa Prezidenti Emmanuel Makrona reaksiya verib.

Teleqraf.com xəbər verir ki, o, Fransa liderinin təhqiramiz ifadələrini “təxribat” adlandırıb.

Həbib Makronun söz azadlığı adı altında 1.5 milyardan çox müsəlmanı incitdiyini bildirib.

O, müsəlmanların Məhəmməd peyğəmbəri hər kəsdən çox sevdiyini deyib:

“Biz müsəlmanıq, Peyğəmbərimiz Məhəmmədi analarımızdan, atalarımızdan, uşaqlarımızdan, həyat yoldaşlarımızdan və ürəyimizə yaxın olan bütün insanlardan daha çox sevirik. Mənə inanın, bu təxribatlar baş tutmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər