31 Oktyabr 2020 01:36
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil Fransada baş vermiş faciəvi hadisəyə münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, Türkiyə əsilli almaniyalı yarımmüdafiəçi bununla bağlı özünün "Instagram" hesabında paylaşım edib.

32 yaşlı oyunçu "İslam dinində terrora yer yoxdur" yazıb.

Qeyd edək ki, Fransanın Nitsa şəhərində naməlum şəxs kilsənin qarşısında insanlara hücum edərək terror aktı törədib. Hadisə nəticəsində 3 nəfər ölüb. Bir neçə saatdan sonra isə Avinyonda bıçaqla silahlanmış şəxs polislərə hücum çəkib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər