Bölgəmizdə terror təşkilatları və zalım rejimlər qardaşlarımızın canlarına və şərəflərinə qəsd edəndə bir çoxları kimi onlara arxa çevirmədik. Biz meydanda onlara qalxan olduq. Suriyada biz varıq, Liviyada biz varıq, Azərbaycanda qardaşlarımızın yanında biz varıq.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Aralıq dənizindən Qara dənizə, Suriyadan Liviyaya, Kiprdən Qarabağa hər yerdə eyni mövqeyi sərgilədik. İnşallah bundan sonra da eyni cür davam edəcəyik. Dayanmaq olmaz, yola davam".