2 Noyabr 2020 15:26
2 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub

***

14:28

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, Prezident görüşdə çıxışı zamanı bildirib ki, Vətən müharibəsində yaxşı nəticələr var. Bir çox şəhərlər, kəndlər işğaldan azad edilib:

“Demək olar ki, hər həftə Azərbaycan xalqına bu haqda məlumat verirəm. Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək. İlkin məlumatlar gəlib. İnşallah, sona qədər bu haqlı davamızı davam etdirəcəyik. İşğalçıları torpaqlarımızdan qovacağıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər