Azərbaycan Respublikasının Ermənistanın mülki əhalisi ilə heç bir işi yoxdur. Biz mülki insanlarla müharibə aparmırıq.
Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan mediasında Xankəndi və digər şəhərlərə zərbələr endirilməsi ilə bağlı yayılan xəbərlər saxtadır. Azərbaycan Ordusu yalnız legitim hərbi-hədəflərə zərbələr endirir. Azərbaycanla Ermənistan arasında ən böyük fərq də bundadır.