3 Noyabr 2020 15:58
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın muzdlu dəstələrində Livandan, Suriyadan tutmuş Kanadaya qədər ölkələrin vətəndaşları var.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

PA rəsmisi qeyd edib ki, təkcə VOMA terror təşkilatında 300-dən artıq muzdlu cəmləşib: "Fransanın radikal təşkilatının nümayəndəsinin də Azərbaycanın işğal olunmuş ərazilərinə gəlmək üçün dəstə topladığı barədə məlumatlar var. Eyni zamanda PKK üzvlərinin işğal ərazilərində olması barədə məlumatlar mövcuddur.

Ermənistan bu sahədə fəaliyyəti qadağan edən BMT konvensiyasını tez-tələsik qəbul etməklə diqqəti yayındırmaq, riyakarlıq etmək istəyir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər