3 May 2014 14:35
1 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov polis tərəfindən saxlanılıb.

Bu barədə Teleqraf.com-a dindarlar məlumat verib. Onların sözlərinə görə, bu gün A. Rəcəbovun Zaqatala rayonunun Muxax kəndində yerləşən mənzilində əməliyyat aparılıb.

Əməliyyat nəticəsində A. Rəcəbov saxlanılıb.

Zaqatala Rayon Polis Şöbəsindən A. Rəcəbovun saxlanılması təsdiqlənib.

Lakin bu barədə əlavə açıqlama verilməyib.


Müəllif: