4 Noyabr 2020 22:28
3 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşmənə atəş açdıqdan sonra məğrur duruşu ilə cəmiyyətdə yeni ovqat yaradan Vüsal Şahkərimov həm ölkəmiz, həm də ailəsi üçün qürur mənbəyinə çevrilib.

Teleqraf.com xəbər verir ki, bir ildən çoxdur ki, hərbi xidmətdə olan əsgər Vüsal Şahkərimovun mərdliyini, qorxmazlığını ailəsi və komandirləri çox gözəl bilirlər.

Qorxmazlığın simvoluna çevrilən Vüsalgilin ailəsinin sevinc içərisindədir.

Vüsalın atası İslam Şahkərimov deyir ki, yayılan videodan sonra çox sevinib. O, tam əmin olub ki, Vüsalın atdığı hər mərmi dəqiqliklə hədəfi məhv etməklə milyonlarla həmyerlimizin ürəyindən tikan çıxarır.

Qeyd edək ki, çəkiliş zamanı Vüsal Şahkərimovdan qəfil zəng gəlib. Hazırda ön cəbhədə döyüşən Vüsal "Xəzər Xəbər" vasitəsilə ən böyük arzusunu da dilə gətirib.

Vüsalın düşmənin başına od ələdiyi top "artilleriyanın snayperi" də sayılır. Dəqiqlik üçün yüksək peşəkarlıq tələb edir. Atəş zamanı yaxın məsafədə durmaq özü belə bir cəsarət istəyir. Vüsal isə bu duruşu ilə "D 30" topunun simvolu oldu. Sipərin keçilməz olsun, Azərbaycan əsgəri! Sizinlə qürur duyuruq!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər