Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun rəsmi Tvitter hesabına qoyulmuş blok ləğv olunub.
Teleqraf.com xəbər verir ki, səhər saatlarından etibarən ölkənin baş diplomatının sosial şəbəkə hesabı fəaliyyəti bərpa edilib.
Məlumata görə, Bayramovun Tvitter akkauntu dünən axşam ermənilərin kütləvi şikayətlərindən sonra sosial şəbəkənin texniki xidməti tərəfindən dondurulmuşdu.