7 Noyabr 2020 21:16
2 814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın “Le Monde” qəzeti Qarabağdan hazırladığı reportajda erməni işğalçılarının faciəvi vəziyyətini təsvir edib.

Teleqraf.com həmin reportajdan bəzi hissələri təqdim edir.

“Yaralı, qan içində, tükənmiş vəziyyətdə olan erməni əsgərlər Xankəndi xəstəxanasında qalırlar. Şəhərə gedərkən onlar Azərbaycan ordusunun topçularının və snayperin atəşinə tuş gəldilər.

Döyüşçü boynundakı kiçik güllə yarasına toxunaraq "mən möcüzə nəticəsində sağ qaldım" deyir. Hücumlar o qədər güclü idi ki, onlar geri çəkilməli oldular. Snayper onu Xankəndindən cəmi 4 kilometr aralıda vurdu ki, bu da şəhərin tamamilə azərbaycanlıların təsir zonasında olmasına işarədir.

Bəzilərinin daha ciddi xəsarətləri var, artıq döyüşə bilməyəcəklər və təcili əməliyyatdan sonra onsuz da qırılmış Laçın dəhlizinə yeganə alternativ olan "şimal yolu" ilə Ermənistana göndəriləcəklər".

Qyed edilib ki, xüsusi təyinatlı Ovik kimilər üçün isə müharibə davam edir. Erməni diasporundan olan bu "könüllü" Soçidən Qarabağ uğrunda müharibədə iştirak etmək üçün gəldiyini deyir.

"Burada xəstəxanada mənim bölməmdən bir çox yoldaş var", - Ovik bildirib.

Yazıda həmçinin qeyd olunub.

Azı iki yerdən Şuşa-Goris yoluna çıxılıb. Şuşaya şərq tərəfdən dağ ilə yola çıxmaq istəyən Azərbaycan hərbi dəstəsi geri oturdulub, qərbdən gələn dəstə isə yola çıxmağı bacarıb. Şuşaya bir hücum olub, növbəti hücumun nə vaxt olacağı hələ bilinmir. Şuşanın cənubundakı döyüşlər Xankəndində kədər və qorxu əhval-ruhiyyəsi yaradıb. Meşədən gələn atəş və döyüş səsləri “paytaxtda” şüurlara təsir edir ki, döyüş artıq cəbhədə yox, bir neçə kilometrlikdəki tələm-tələsik xırdaölçülü qazılmış səngərlərdə baş verir, çünki azərbaycanlıların bu qədər dərinə, Xankəndi qapılarına qədər gələcəklərini heç vaxt təsəvvür etməzdilər.

Panika yaradan ən birinci problem odur ki, yaralıları Goris və Yerevana tərəf göndərmək olmur. UAZ maşınları yaralıları yüklü gözləməyə məhkumdur.
İrəvan universitetinin tələbəsi Lusi qanlı xərəkləri təmizləyir və digər diaspora könüllüləri ilə xəstəxanada gözləyir. Artıq xəstə daşımaq üçün 20 dəfə getdiyi İrəvana bu dəfə yol bağlandığına görə gedə bilməyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər