8 Noyabr 2020 11:38
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malayziyanın ingilis dilində nəşr olunan nüfuzlu “New Straits Times” qəzeti Ermənistanın Azərbaycan diplomatlarını hədəfə alması barədə məqalə yayıb.

Teleqraf.com xəbər verir ki, “Azərbaycanlı diplomatlar Ermənsitanın hədəfinə çevrilir” adlı məqalədə ölkəmizin Ukraynanın Xarkov şəhərində yerləşən Fəxri konsulluğunun odlu silahdan atəşə tutulması barədə ətraflı məlumat və bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatı öz əksini tapıb.

Məlumatda bildirilir ki, noyabrın 6-dan 7-nə keçən gecə saat 2:30 radələrində Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərindəki Fəxri konsulluğunun binası odlu silahdan atəşə tutulub. Konsulluğun binasının qapısına və pəncərələrinə 6 atəş açılıb. Gecə saatlarında binada heç kəs olmadığı üçün konsulluğun əməkdaşları arasında zərər çəkən olmayıb. Fəxri konsulluğun kameraları hücum edən şəxsin 2 nəfər olduğunu qeydə alıb.

Qeyd olunub ki, son zamanlar Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı radikal erməni qüvvələri tərəfindən davamlı təhdidlərin edildiyini nəzərə alaraq, Azərbaycanın Xarkovdakı Fəxri konsulluğuna edilən bu hücum məhz bu təhdidlər kontekstində nəzərdən keçirilməlidir.

Məlumatda Azərbaycan XİN-nin məsələ ilə bağlı bəyanatından sitat da gətirilib: “Radikal erməni qüvvələrinin Azərbaycanın xarici ölkələrdəki diplomatlarına, eləcə də yerli azərbaycanlı icmasının üzvlərinə qarşı təhdid xarakterli və həyati təhlükə doğuran hücumlarını qətiyyətlə pisləyirik.

Xarici ölkələrdəki Azərbaycan vətəndaşlarına və yerli azərbaycanlı icmasının üzvlərinə qarşı edilən cinayət xarakterli bu kimi əməllərə görə cavabdeh şəxslərin qanun qarşısında cavab verməsi üçün ölkəmizin müvafiq qurumları əcnəbi ölkələrdəki yerli hüquq- mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq həyata keçirəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər