“Bayraq Günü”ndə Azərbaycan, Türkiyə, Pakistan və İsrail dövlətlərinin bayraqları paylanıldı
“Türk Dünyası Ağsaqqalları” qəzeti və Missiya Media Qrupu Dövət Bayrağı və Şuşa şəhərinin azad olunması münasibətilə şəhərin müxtəlif ərazilərində bayraq aksiyası həyata keçirib.
Teleqraf.com xəbər verir ki, Bayraq Günündə Azərbaycan, Türkiyə, Pakistan və İsrail dövlətlərinin bayraqları paylanılıb.
Aksiyanın təşkilatçısı Ramin Əhmədov bildirib ki, hər bir azərbaycanlı prezidentimizin və ordumuzun tarixi qələbəsindən qürur hissi keçirir:
“Prezident İlham Əliyev həmişə Azərbaycan bayrağının uca zirvələrdə dalğalanacağını bəyan etmişdi. Bu gün bayrağımız işğaldan azad olunmuş şəhərlərimizdə dalğalanır. Bu Prezidentin Azərbaycan xalqına, dövlətinə verdiyi yüksək dəyərin təzarürüdür. Azərbaycan bayrağı bundan sonra da uca zirvələrdə dalğalanacaq. Xalqımızda bu əminliyi Ali Baş Komandanın qətiyyəti və qələbəyə inamı yaradır”.
Aksiya zamanı Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı Vətən Müharibəsində xalqımıza və dövlətimizə dəstək olan dövlətlərin bayraqları də paylanılıb.
Aksiya şəhər sakinləri və əcnəbilər tərəfindən böyük rəğbətlə qarşılanıb.