Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, noyabrın 10-u saat 00:00-dan etibarən hərbi əməliyyatlar dayandırılır.
Məlumata görə, Ağdam rayonunun işğal altında olan ərazilər 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana qaytarılacaq.
Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca 5 il müddətinə Rusiyanın sülhməramlıları yerləşdirilir.
Atəşkəsə nəzarət etmək üçün sülh mərkəzi yaradılır.
Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək.
Ermənistan işğal etdiyi Kəlbəcəri 15 noyabradək, Laçını isə 1 dekabradək boşaldacaq.
Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qaytarılacaq.
Hərbi əsirlərin və cəsədlərin mübadiləsi həyata keçiriləcək.