Öz ərazilərini erməni işğalından azad edən Azərbaycan qalibdir və qoy bu, Ermənistana dərs olsun.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu qeyd edib ki, hər dəfə atəşkəsi pozan, müharibə istəyən Ermənistan oldu: "Hər kəsə məlum olduğu kimi müharibəni Ermənistan başlayıb. Paşinyan məğlubiyyəti qəbul etmək məcburiyyətində qaldı. Öz əməllərinin bədəlini ödəmək vaxtı gəldi və Ermənistan bunun bədəlini ödədi".