10 Noyabr 2020 18:01
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi vəhşiliklərə bağlı beynəlxalq məhkəməyə müraciət ediləcək.

Teleqraf.com-un məlumatlna görə, bunu bu gün Azərbaycanda olan xarici ölkə səfirləri və diplomatik korpus nümayəndələri ilə görüşdə İnsan Haqları üzrə Beynəlxalq Standartların İnplementasiyası üzrə İşçi qrupunun rəhbəri Kamil Səlimov deyib.

O bildirib ki, erməni hərbçiləri döyüş zonasında olmayan yaşayış məntəqələrimizə artilleriya atəşi açıb, qadağan olunmuş silahlardan istifadə edib: "Bu, bir daha Ermənistanın müharibə cinayətləri törətməsinə əsaslı sübutdur. Ermənistan hərbçiləri ballistik raketlərdən istifadə edərək qırğınlar törədib, mülki şəxslər arasında ölən və yaralananlar var. Bununla bağlı aidiyyəti qurumlar araşdırma aparır, araşdırmalar başa çatandan sonra faktlar toplanaraq beynəlxalq məhkəmələrə göndəriləcək və cavabdeh şəxslər cəzalandırılacaq".

K.Səlimov qeyd edib ki, ilkin araşdırmalara görə, Ermənistanda olan ballistik raketlərin kodu baş nazir Nikol Paşinyanda olub və ondan icazəsiz həmin raketlərdən istifadə etmək olmaz: "Məlum olub ki, həmin raketlərin kodu Paşinyandadır. Paşinyan icazə verəndən sonra həmin raketlərdən istifadə etmək olar. Bu da onu göstərir ki, Azərbaycan ərazilərində yaşayan dinc sakinlərə atəş açılması əmrini Paşinyan verib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər