11 Noyabr 2020 22:52
3 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Rusiya ilə ortaq mərkəz çərçivəsində Dağlıq Qarabağdakı atəşkəs rejimi üzərində texniki nəzarətdə iştirak edəcək, bölgədə türk sülhməramlıları olmayacaq.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK telekanalına müsahibəsində deyib.

P.Bülbüloğlu bildirib: "Söhbət türk sülhməramlılarının, əsgərlərinin gətirilməsindən getmir. Söhbət tərəflərin bəyanatın icrasına texniki nəzarətdən gedir".

Onun sözlərinə görə, Qarabağda kontingentinin olmasına ehtiyac yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər