ABŞ-ın Yuta ştatının Solt-Leyk şəhərinin mərkəzi yollarında “Karabakh is Azerbaijan” şüarı yazılan lövhələr quraşdırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a bildiriblər ki, lövhələrin quraşdırılmasının təşəbbüskarı Yuta ştatında Azərbaycan icmasının təmsilçisi Faiq Səfərlidir.
Soydaşımız bildirib ki, lövhələrdən biri Pasefik Prospekti 80 ünvanında, digər isə Solt-Leyk şəhər Polis İdarəsinin binasının yanında quraşdırılıb. O, bu ənənənin ABŞ-ın digər ştatlarında da davam etdiriləcəyini bildirib.