13 Noyabr 2020 11:46
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

İllər boyu parlamentə beynəlxalq sazişləri təqdim edərkən onun sonuncu səhifəsini ürək ağrısı ilə qeyd edirdim. Çünki sonuncu səhifədə Dağlıq Qarabağın və 7 rayonun qeyri-şərtsiz Azərbaycan ərazisi olduğu qeyd edilirdi. Mən bundan sonra beynəlxalq sazişləri təqdim edərkən daha sonuncu səhifədə bu qeyri-şərti səsləndirməyəcəyəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclissdə çıxışı zamanı parlamentin komitə sədri Səməd Seyidov səsləndirib.

O, bəyan edib ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aradan qaldırıb: “Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi. Bu qələbə Azərbaycan liderini dünya liderləri arasında ən yüksək səviyyəyə qaldırdı. Bu qələbə dünya tarixində qalib gələn xalqların və dövlətlərrin cərgəsinə Azərbaycanın adını daxil etdi".


Müəllif: Cavad

Oxşar xəbərlər