Bu qələbənin memarı İlham Əliyevdir. Qələbə göstərdi ki, ölkə başçısı nəyi, nə vaxt etməyi çox yaxşı bilir.
Teleqraf.com-un xəbərinə görə, bu sözləri Milli Məclisdə çıxışı zamanı vitse-spiker Adil Əliyev deyib.
Azərbaycanın ciddi diplomatik fəaliyyət göstərdiyini xatırladan vitse-spiker deyib ki, BMT tərəfindən Azərbaycanın əleyhinə qəbul edilməsi istənilən qətnamənin qarşısının alınması buna misaldır: “Bu müharibədə Türkiyə, Pakistan və digər dost ölkələr Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədi”.
Adil Əliyev deyib ki, uzun illər ordu quruculuğunaa ayrılan diqqət təsadüfi deyildi və düşmənin uduzmasında bu amil xüsusi rol oynadı: “Düşmən ölkəsinin mediası da Azərbycan Ordusunun zərbəsi haqqında etiraflar edir. Şəxsi heyətin zəruri avadanlıq və müasir silahlarla təminatı qələbənin əldə olunmasında xüsusi rol oynadı. Hesab edirəm ki, Ermənistan aldığı zərbədən uzun illər özünə gəlməyəcək”.
Adil Əliyev qeyd edib ki, uzun illər blokada vəziyyətində qalan Naxçıvana quru yolunun açılması da böyük zəfərdir: “Düşmən Azərbaycana qaytarmalı olduğu əraziləri dağıdır. Biz zəfər qazandıq. Ermənistanın timsalında dünya başa düşdü ki, ölkə başçısının “Qarabağ Azərbaycandır və nida” təsadüfi söz deyil və bunu həyata keçirəcək dəmir iradə var”.