İngiltərənin BBC informasiya agentliyi üçtərəfli bəyanata uyğun olaraq ermənilərin Kəlbəcərdən təxliyəsi ilə bağlı videoreportaj hazırlayıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail olması nəticəsində Ağdam və Laçınla yanaşı, Kəlbəcərin də müharibəsiz, qansız, şəhidsiz geri qaytarılır.
BBC-nin reportajında da görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər. Hətta pəncərə çərçivələrini, sanitar qovşaqlarını belə aparırlar. Bununla yanaşı, işğal olunmuş ərazilərdə maddi-mədəni sərvətlərimizin dağıdılması və qarət olunması indi də davam edir. Ermənilər apara bilmədiyi hər şeyi yandırır, məhv edirlər.