Şuşanı qaytarmaq üçün iki cəhd etdik, lakin ikisi də uğursuz oldu.
Teleqraf.com-un məlumatina görə, bunu Nikol Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, Şuşanın itirilməsi ətrafında bir çox mif var:
"Məsələn, Şuşanın itirilməsini biləndə mənə 50 döyüşçümüzün hələ də orada olduğu barədə məlumat verildi. Məlumat verən şəxslə əlaqə qurmağı xahiş etdim və sonra onun Şuşada deyil də Xankəndidə olduğu məlum oldu.