17 Noyabr 2020 09:14
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın mövqeləri indi çox laxlayır, lakin o, ölkədəki növbəti parlament seçkilərinə qədər qalma şansına sahibdir.

Teleqraf.com xəbər verir ki, bunu “RİA-Novosti”yə açıqlamasında Moskvadakı Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr Milli Araşdırma İnstitutunun baş elmi işçisi Stanislav Pritçin deyib.

“Qarabağda atəşkəsə dair razılaşmadan sonra əlbəttə, Paşinyan çox laxlamış mövqelərə sahibdir. Ona görə də cəmiyyətin diqqətini birtəhər başqa problemlərə – daxili siyasi məsələlərə, xüsusən də keçmiş tərəfdaşlarının işlərinə yönləndirmək üçün hansısa bir fürsət axtarır. Ona qarşı sui-qəsd cəhdi planlaşdırdıqlarını söylədi və sair. Bütün bunlar razılaşma ilə bağlı mənfi məqamlardan digər mövzulara keçmək üçün siyasi gündəmi yenidən format etmə cəhdidir”, – deyə o bildirib.

Agentliyin həmsöhbəti əlavə edib ki, bu cür cəhdlərə baxmayaraq, Paşinyanın həm populyarlığı, həm də perspektivləri çox dumanlıdır:

“Tərəfdarlarının ondan tədricən üz döndərdikləri ortadadır. Ümumiyyətlə, Paşinyan Ermənistan siyasətində gələcəyi olmayan bir fiqurdur. Əgər o, növbəti parlament seçkilərinə qədər öz vəzifəsində qala bilsə, bu, onun üçün pozitiv bir ssenari olacaq. Çünki onu dərhal – Qarabağa dair razılaşmanın ilk günlərdə devirməyiblər. Buna görə də onun müəyyən şansları var”.

Bununa belə ekspert bildirib ki, Paşinyanın opponentləri yaranmış vəziyyətdən yararlana bilərlər:

“Baş nazirin partiyasından deputatların çıxışı başlayıb. Hər şey rəqiblərin parlamentdə çoxluq formalaşdırmağa, mövcud hökuməti istefaya göndərməyə nə dərəcədə nail ola biləcəyindən asılı olacaq. Hətta bunu təmin edən prosessual demokratik prosedurlar da var. Buna görə də mən insanların toplaşacağı və onu hakimiyyətdən yıxmağa cəhd edəcəyi ssenarisini nəzərdən belə keçirmirəm. Burada siyasi mübarizə məsələsi var. Biz görürük ki, Paşinyan belə çətin vəziyyətdə də oynamağa, hakimiyyəti öz əlində saxlamağa çalışır. Ona görə də bu gün onun nə qədər duruş gətirə biləcəyini proqnozlaşdırmaq çətindir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər