Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Həsən Firuzabadi ilə görüşüb.
Teleqraf.com İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən xəbər verir ki, görüşdə regionda təhlükəsizlik və sabitlik məsələləri, eləcə də ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparılıb.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Tehrana ikigünlük səfəri dünən başlayıb. Z.Həsənov ötən gün İranın müdafiə naziri, general Hüseyn Dehqanla görüşüb və ikitərəfli əlaqələrin inkişafına dair ilkin müzakirələr aparıb. İki ölkənin müdafiə nazirlərinin müzakirələri bu gün də davam etdiriləcək.