17 Noyabr 2020 23:13
2 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hərbçilərinin Azərbaycana göndərilməsi ilə bağlı qərar layihəsi Türkiyə parlamentində təsdiqlənib.

Bu barədə Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir.

Müzakirələrdən sonra Türkiyə parlamenti qərarı təsdiq edib.

Qərarla Azərbaycana göndəriləcək Türkiyə hərbçiləri Qarabağda yaradılacaq Türkiyə-Rusiya müşahidə mərkəzində 1 il müddətinə fəaliyyət göstərəcək. Qeyd edək ki, bu müddəti artırmaq səlahiyyəti Türkiyə Böyük Millət Məclisinin səlahiyyətinə aiddir.

Qeyd edək ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Beştepedə hökumətin iclası keçirilib.

Toplantıda əsas müzakirə mövzusu Azərbaycanla Ermənistan arasında əldə olunmuş atəşkəs razılaşması, o cümlədən Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi olub.

18:34

Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, layihə parlamentin bu gün keçirilən iclasında müzakirə olunub və qəbul edilib.

İclasa TBMM-nin sədr müavini Xalqların Demokratik Partiyasından (HDP) Nemətulla Ərdoğmuş rəhbərlik edib.

Xatırladaq ki, Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək. Ölkənin Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb.

Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər