18 Noyabr 2020 13:46
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya müsəlmanlarının gəncləri olaraq Azərbaycanın haqlı mübarizəsində Azərbaycanın yanındayıq və Azərbaycanın haqq savaşını bundan sonrada dəstəkləyəcəyik”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Gəncə şəhərində səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun prezidenti Taha Ayhan bldirib.

Səfər çərçivəsində Gəncə şəhərinə raket düşən ərazilərə baş çəkən İslam Əməkdaşlıq Təşkilatının rəsmiləri dağıntılara baxıb, burada dünyasını dəyişən şəxslərin yaxınları ilə görüşüb.

Bildirlib ki, məqsəd erməni vəşiliyini dünya ictimaətinə çatdırmaq, Azərbaycanın iri şəhərlərində yaşayan günahsız insanların öldürülməsinə diqqəti cəlb etməkdir. Müsəlman dünyası olaraq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünün hər zaman dəstəklənməsniə diqqət çəkən diplomatlar ölkəmizin qələbə yolunun, işğal altında olan ərazilərimizin azad edilməsinin bəzi müsəlman ölkələrinə də nümunə ola biləcəyi qeyd olunub. Qarabağda Azərbaycanın apardığı mübarizə yolu digər müsəlman dövlətləri üçün də yol xəritəsi ola bilər. Səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Formunun rəsmiləri Gəncə şəhərində balistik raketlərin düşdüyü digər ərazilərədə baş çəkib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər