Koreya Respublikasının paytaxtı Seulda koronavirus infeksiyasının üçüncü dalğası başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Koreya Səhiyyə və Sosial Təminat Nazirliyinin nümayəndəsi Yun Txe Xo media nümayəndələrinə məlumat verib.
Onun sözlərinə görə, Seulda infeksiyanın üçüncü dalğası başlayıb:
"Hazırkı vəziyyətdə sosial məsafənin artırılması barədə düşünülür. Ötən sutka ərzində Seulda koronavirusa 218 yoluxma qeydə alınıb, bu isə avqust ayının əvvəlindən bəri ən yüksək göstəricidir".